Bakı Elm Olimpiadasının finalından 3 medal və liseyin adına təqdim edilən fəxri fərmanla ayrıldıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Liseyimizin 10e sinif  şagirdləri Kərimli Əsgər, Ağayeva Azərin və Əhmədov Məhəmməd komanda hesabında gümüş medalın,  şəxsi hesabda isə Kərimli Əsgər həm gümüş, həm də bürünc medalların sahibi oldu. Komandanın uğurlu çıxışı ilə əlaqədar olaraq liseyin direktoru Aygün Əhmədli fəxri fərmanla təltif olundu.

Bu möhtəşəm qələbə münasibətilə qalibləri təbrik edir, yeni nailiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi