KGL İngilis dili olimpiadasının qalibləri mükafatlandırıldı

9 iyun 2024-cü il tarixində Dünya məktəbində KGL İngilis dili olşmpiadasının qalibi olmuş şagirdlərin təltifetmə mərasimi keçirildi. Liseyimizə uğurlu əməkdaşlıq plaketi verildi. 3 şagirdimiz 1, 2 və 3-cü yerlərə görə qızıl, gümüş və bürünc medallarla, daha 4 nəfər isə fərqlənmə medalları ilə təltif olundular. 

Abdullayev Ayxan B1 - 1-ci yer
Mustafayev Kənan A2 - 2-ci yer
Məmmədova Ayan B2- 3-cü yer
Fərqlənmə medalı ilə təltif olunanlar: 
Cəfərli Nihat- A2
Səmədli Aliyə- B1
Qurbanov Fərid- B1
Məmmədov Orxan-B2

Bütün şagirdlərə sertifikat və hədiyyələr verildi. 

Qeyd edək ki,  2 şagirdimiz- Abdullayev Ayxan və Mustafayev Kənan Yunanıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Şagirdlərimizi və onların müəllimlərini təbrik edirik. Uğurları davamlı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi