"Təhsilverənlərin etik davranış Qaydaları" və “Korrupsiyaya qarşı mübarizə" mövzusunda tədbirlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024 – cü il KQ - 07 nömrəli Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları"  təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014 – cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı isə ləğv edilmişdir.
   31.05.2024 – cü il tarixində liseyin  direktoru A.Ə.Əhmədli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının yeni Qərarı ilə məktəb kollektivini tanış etdi. A.Əhmədli 15 may 2024 – cü il tarixli KQ - 07 nömrəli Qərarın bəndlərini və  " Təhsilverənlərin etik davranış Qaydaları" nın ayrı-ayrı müddəalarını müəllimlərin diqqətinə çatdırdı. Qanunun aliliyini, insan hüquqlarını, demokrativ prinsipləri rəhbər tutaraq hər bir təhsilverənin bu Qaydaların müddəalarına əməl etməyə borclu olduğunu xüsusi vurğuladı. 

     İclasda II məsələ olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022- 2026- cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planının 6.9- cu maddəsinin tələblərindən irəli gələn məsələlər də pedaqoji heyət tərəfindən  müzakirə olundu. Eyni zamanda bu məsələ ilə bağlı olaraq   yuxarı yaş qrupundan ibarət şagirdlərlə də dərslər təşkil olundu. Dərs zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri,   Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər  barədə şagirdlərə və pedaqoji heyətə məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi