1 İyun - Uşaqların Müdafiəsi Günü

Dünyanın əksər ölkələrində olduğu kimi , bu gün Azərbaycanda da 1 İyun - Uşaqların Müdafiəsi Günü qeyd olunur. Liseyimizdə də bu bayram xüsusi qeyd olundu. Belə ki, birincilərimiz sinif müəllimləri Əsgərova Ofelya və Əliyeva Adilənin təşkilatçılığı ilə öz rəngarəng, pozitiv çıxışları ilə hamıda yüksək əhval ruhiyyə yaratmağa nail oldular.
Balacalarımızın timsalında bütün uşaqları bu münasibətlə ürəkdən təbrik edir, onlara səadət, şən həyat arzulayırıq.