İstedadlı şagirdimiz- Abdullayev Eltun

Liseyin 8d sinif şagirdi Eltun Abdullayev 11.03.2023 cü il tarixində kecirilən AMO (Amerkan Riyaziyyat Olimpiadasının) birinci turundan qızıl, SASMO Riyaziyyat Olimpiadasının birinci turundan gümüş medal qazanaraq Sinqapurda kecirilən final mərhələsinə vəsiqə qazanmışdır.
Final mərhələsi 24.07.2023 tarixində baş tutmuşdur. 32-i ölkənin 1700-dən cox şagirdinin iştirak etdiyi olinpiada 3 turdan ibarət olaraq 14 saat davam etmişdir. Eltun Abdullayev fərdi Riaziyyat turundan gümüş, qrup-məntiq turundan bürünc və Riyazi -məntiq oynundan fərqlənmə sertifikatı qazanmışdır.
Ölkəmizi təmsil edən şagirdimiz Eltun səhnəyə üc rəngli bayragımızla cıxmışdır. Bayrağımızın ölkə xaricində dalgalanması hər birimiz ücün qürurverici hissdir.
Bu yarışı yüksək naliyyətlə başa vurduğu ücün İndoneziyada kecirilən Beynəlxalq Riyaziyyat Olinpiadasına final mərhələsinədə birbaşa iştirak etmək hüququ qazanmışdır.
16.12.2023 tarixində kecirilən İnternational Math Challenge olinpiadasında 139 ölkənin 80000-dən cox şagirdinin iştirak etdiyi yarışmada Eltun Abdullayev qızıl medal qazanaraq top 100-lüyə imza atmışdır. Bu yarışın qalibləri olan şagirdlərin uğurunu qiymətləndirmək məqsədi ilə bəzi universitetlərə qəbul imkanları yaradılmışdır; "Şimali Amerika Univeristeti’’, ’’Vistula Universiteti (Polşa)’’, ’’Woonsong Universiteti (Korea) ’’, ’’Ala-too Beynəlxalq Universiteti’’, ’’Süleyman Dəmiral Üniveristeti (Türkiyə) ’’, ’’Paragon Beynəlxalq Universiteti’’.
Fermat Mathematical Olimpiad (FMO) olimpiadasında gümüş medal qazanan Eltun Vietnamda keçirilən final mərhələsinə vəsiqə qazanmışdır. 24 ölkənin iştirak etdiyi final turu 21.01.2024 tarixində baş tutmuşdur. Vətənimizə gümüş medalçı olaraq geri qayıtmışdır.
28.01.2024 tarixində keçirilən Türkiyə Uluslararası Riyaziyyat yarışmasında qızıl medal, Rusiya Federasiyasının keçirdiyi riyaziyyat ’’Beynelxalq Form’’ yarışmasında ölkə üçüncüsü olmuşdur.
Mütəmadi Olimpiadalarda iştirak edən Eltun SİMOC Olimipadasında bürünc, İMEC Olimpiadasında gümüş medallar qazanraq final mərhələsinə vəsiqə qazanmışdlr.
Eltun 21.04.2024 tarixində keçirilən TİMO ( Türk dünyasının ilk beynəlxaq riyaziyyat olimpiadası) iştirak etmiş və gümüş medal qazanmışdır. Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirələcək olan final turunda iştirak hüququ qazanıb.
Dünyada məşhur olan TALES beynəlxalq riyaziyyat yarışmasında özünü sınamış və bürünc medal qazanmışdır.
14.01.2024 tarixində FİSO olimpiadasında gümüş medal qazanaraq B.Ə.Ə-nin Dubay şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanmışdır.
Elun Abdullayev 18.02.2024 tarixində keçirilən KOPERNİC beynəlxaq riyaziyyat olimpiadasının birinci turunda gümüş medal qazanaraq Amerika Birləşmiş Ştatlarının New York şəhərində keçirilən 18.07.2024 tarixində baş tutacaq olan final turuna vəsiqə qazanmışdır. Ölkəmizi Amerikada təmsil edəcək Eltun çox həvəslə yarışa hazırlaşır. Dərsdən sonra hər gün 3-4 riyaziyyat, 3 saat ingilis dili ilə mütəmadi olaraq məşğul olur.
Şagirdimizə bol uğurlar arzulayırıq.