“28 May-Respublika Günü” nə həsr olunmuş bayram tədbiri

Liseydə “28 May-Respublika Günü” nə həsr olunmuş bayram tədbiri keçirildi. Reyhan Hacinskayanın təşkilatçılığı və 1a sinfinin iştirakı ilə keçirilən tədbir dövlət himni ilə başladı. Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yad edildi. Tədbir bayram şənliyi ilə davam etdi. Şagirdlərin ifasında şeir və mahnılar səsləndi.