"Qitaətçi" və "Xəttat" müsabiqəsi

Liseyimizin ənənə halını alan yarışmalarından birinin nəticələri elan edildi və qaliblər mükafatlandırıldı. Yarışmanın təşkilatçısı liseyimizin İbtidai siniflər üzrə metodbirləşmənin sədri Reyhan Hacinskayadır. Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaqlar arasında mütaliə vərdişlərinin artırılması, səlis, aydın nitqin inkişafıdır.
Eyni zamanda uşaqlarda hüsnxət normalarına riayət etməklə səliqəli, sürətli və kolliqrafik yazı bacarıqlarını inkişaf etdirmək məqsədi ilə də səmərəli işlər görülür. Bu məqsədlə "Xəttat" yarışması da keçirildi və nəticələri elan edildi.
Müsabiqələrdə yüksək nəticə göstərən şagirdlərimiz döş nişanları ilə təltif edildilər. Davamlı olaraq bir neçə il mükafatlandırılan şagirdlər isə "Qızıl Xəttat" və "Qızıl Qiraətçi" nişanları ilə təltif olundular.
Hər bir uşağı bir nağıl hesab edən Reyhan müəlliməyə, bu nağılların müsbət sonluqla bitməsi üçün onları düzgün cığıra yönləndirmə işində yeni nailiyyətlər arzu edirik!