Açıq dərslər keçirildi

Liseydə nümunəvi dərslərin keçirilməsi davam edir. Kimya-biologiya aylığı çərçivəsində liseyin kimya fənn müəllimi Ağalarova Lamiyə tərəfindən 7d sinfində "Məhlullar, həll olunma əmsalı" mövzusunda, Heydərova Aytən isə 8b sinfində "İon mübadiləsi reaksiyası" mövzusunda nümunəvi dərs təqdim etdilər. Hər iki dərsin məqsədi keçilən mövzu üzrə şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyələrini artırmaq idi. Dərs prosesində fənn müəllimləri müasir metod və üsullardan səmərəli şəkildə istifadə etdilər. İstər müəllim, istərsə də şagirdlər tərəfindən aparılan təcrübələr hamının marağına səbəb oldu. Dərslər liseyin direktoru A.Ə.Əhmədli və müəllimlər tərəfindən izlənildi. Dərsin müzakirəsi zamanı liseyin direktoru hər iki gənc müəllimə lazımi tövsiyələr verdi.