Muzeyə səyahət

Liseyimizin 6 b sinif şagirdləri sinif rəhbərləri XəyaləTağıyevanın təşkilatçılığı ilə Azərbaycanın qədim tarixə malik gəmiçilik sənətinin keçmişini , bu gününü və gələcəyini özündə birləşdirən dünyanın ilk tanker muzeyi olan "Suraxanı" gəmi muzeyini ziyarət etdilər. Onlar muzeydə Xəzərin tarixi, Abşeronda neft hasilatı, II Dünya müharibəsi illərində Bakı neftçilərinin qəhrəmanlığı haqqında məlumat əldə etdilər, eyni zamanda dənizçilərin əlifbası ilə tanış oldular . Şagirdlər muzeydən böyük təəssüratla ayrılaraq xalqımızın tarixi keçmişini əks etdirən XIII əsrə aid olan Şirvanşahlar saray kompleksini də ziyarət etdilər. Kompleksdə olan tarixi eksponatlar şagirdlərin böyük marağına səbəb oldu.