Şagirdimiz təcrübəsini şagirdlərlə bölüşdü

Liseyimizin istedadlı şagirdlərindən biri də 10d sinfində təhsil alan Cəlal Qəhrəmanovdur. Riyaziyyat fənni üzrə RFO medalçısı olan Cəlal, liseydə maraqlı bir ideyasını reallaşdırdı. Riyaziyyat və proqramlaşdırma üzrə müxtəlif beynəlxalq və ölkədaxili yarışların qalibi, çoxsaylı intellektual layihələrdə uğurla iştirak edən şagirdimiz öz təcrübəsini liseyin bir qrup VIII sinif şagirdləri ilə bölüşərək, onları da yarışlarda iştiraka cəsarətləndirdi. İstedadlı şagirdimiz özünü müəllim kimi də sınadı. Şagirdlərə həm liseydə, həm də istirahət günlərində onlayn şəkildə C++ proqramlaşdırma dilinin əsaslarını tədris etdi.