Qaliblər mükafatlandırldı

Son günlərdə müxtəlif bilik yarışlarında qalibiyyət qazanan şagirdlərimiz liseyin kollektivinə böyük qürur hissi yaşadır. Onların sevincini bütün liseylə bölüşmək və  bu uğurların azyaşlı şagirdlərimizə də motivasiya olması  məqsədilə 24 aprel tarixində  səhər sırası zamanı qaliblər kürsüyə dəvət olundular. Liseyin direktoru A.Ə.Əhmədli hər bir şagirdi xüsusi təbrik edərək onlarla qürur duyduğunu və gələcək təhsil həyatlarında da bu uğurlarının davamını dilədi.  Qeyd edək ki, bu istedadlı şagirdlər “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin qalibi olan  XI sinif şagirdləri  Nazlı Bəxtiyarova və Nüsrət İslamlı , “ROBOTEX Türkiyə" qalibi olan X sinif şagirdləri İbrahim Əliyev, Murad İslam və Vüsal Əlizadədən ibarət "Dynamite" komandası və   VII sinif şagirdləri Ümid Nağızadə, İbrahim Cəfərli, Samir Bağırovdan ibarət "Modern engineers" komandasının üzvləri idi. Liseyin direktoru eyni zamanda  şagirdlərin üzərində əməyi olan hər bir müəllimə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi