“Dinləyərək danışıram, oxuyaraq yazıram” layihəsinin yekun tədbiri keçirildi

18 aprel 2024-cü il tarixində 287 nömrəli Zəkalar liseyində “Dinləyərək danışıram, oxuyaraq yazıram” layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə liseyin direktoru Aygün Əhmədli, qonaq qismində Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Əhmədova və 327 saylı orta məktəbin direktoru Könül Əliyeva, liseyin direktor müavinləri, müəllim kollektivi, layihədə dərsləri tədris edən müəllimlər, layihə iştirakçılarının valideynləri iştirak edirdilər.

İlkin olaraq layihə rəhbəri Könül İslamova tədbiri açıq elan etdi. O, layihə haqqında hesabat xarakterli məlumat verdi, layihənin başlandığı gündən həyata keçirilən bütün işlər və əldə edilən nəticələri təqdim etdi. Layihənin məqsədi, aylar üzrə görülən işlər və onların ardıcıllığı, aparılan monitorinq və onların nəticələri barədə məlumat verildi.

Dərslərin qrafiklər üzrə keçirilməsi, davamlı olaraq sosial şəbəkədə görülən işlərin işıqlandırılması barədə ətraflı məlumat verildi.

Təqdimatda dərs prosesindən şəkillər və video yazılar da öz əksini tapmışdır.

Sonra söz layihədə yazı bacarıqlarını (writing) tədris edən Sədaqət Qasımovaya verildi. Sədaqət müəllimə layihə zamanı gördüyü işlərdən danışdı. Şagirdlərin mərhələli şəkildə necə asandan çətinə doğru biliklərinin möhkəmləndirməyini, dərsə olan maraqlarını vurğuladı. Layihənin sonuna doğru şagirdlərdə müşahidə olunan inkişafı xüsusi qeyd etdi.

Daha sonra söz layihənin oxuma bacarıqları (reading) üzrə aparıcı müəllimi Fatimə Süleymanovaya verildi. Fatimə müəllimə də öz növbəsində gördüyü işlərdən danışdı. Müxtəlif oxu materiallarından istifadə edərək şagirdlərin oxu vərdişlərini formalaşdırma prosesindən söz açdı.

Sonra layihə iştirakçılarından bir qrup şagird ifa etdikləri musiqi nömrəsi ilə tədbirin rəsmi hissəsinə xüsusi rəng qatdılar. Onlar dinləmə dərslərində dinləyib üzərində çalışdıqları mahnı ilə qonaqların könlünü oxşadılar.

Növbəti çıxış layihənin dinləmə bacarıqlarını (listening) tədris edən Nigar İbrahimovanın oldu. O, dinləmənin dilin öyrənilməsində əhəmiyyətindən danışdı. Dil öyrənmə ilk öncə dinləmədən başlayır və sonradan digər bacarıqlar formalaşır. Nigar müəllimə dinləmə zamanı müxtəlif materiallardan, mətn, video və musiqi nümunələrinin şagirdlər tərəfindən necə sevilərək qarşılandığından və dərsə marağından danışdı.

Danışıq bacarıqları (speaking) ilə bağlı isə həmin dərsləri aparan müəllim Nigar Vəliyeva məlumat verdi. Danışmaq üçün mühitin vacibliyini vurğuladı. O müxtəlif oyun, debat, dialoq və hadisələrin təsviri ilə bağlı apardığı dərs nümunələrindən danışdı. Şagirdlərin layihənin sonuna yaxın olan özünə inam və irəliləyişlərini xüsusilə vurğuladı.

Daha sonra şagirdlərin dərslərlə bağlı ingiliscə hazırladıqları rəylər video şəklində tədbir iştirakçılarına təqdim olundu. Video materiallardan da şagirdlərin səlis ingiliscə bilikləri aydın şəkildə görünürdü.

Daha sonra şagirdlər nəaliyyətləri üzrə sertifikatlarla təltif olundular. Tədbirin sonuna yaxın liseyin direktoru, əməkdar müəllim Aygün Əhmədli çıxış edərək layihə rəhbəri və onun komandasına uğurlar arzuladı, gördükləri işin əhəmiyyətini vurğuladı, eləcə də layihədə iştirak edən bütün şagirdləri təbrik etdi. Ən sonda Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Əhmədova çıxış edərək həm müəllimləri, həm də iştirakçıları təbrik etdi. Sonda layihə iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

Nazirliyinin əməkdaşı Günel Əhmədova çıxış edərək həm müəllimləri, həm də iştirakçıları təbrik etdi. Sonda layihə iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi