Liseyimizin şagirdlərinin daha bir uğuru

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri açıqlanıb.
Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda içərisində 287 nömrəli Zəkalar liseyinin komandası  II (final) mərhələdə iştirak üçün vəsiqə qazanıb.
Komandalar  Final mərhələnin ilk günündə  nəzəri (teorik) sualları cavablandıracaq, ikinci günündə isə hər komanda 3 təcrübə işini (fizika, kimya və biologiya) yerinə yetirəcəklər. Təcrübə işlərinin yerinə yetirilməsi üçün komandalara 4 saat vaxt veriləcəkdir.
Liseyin fizika müəllimi Gülçin Baxşıyevanın rəhbərliyi altında yarışa qatılan şagirdlərimizə növbəti turda müvəffəqiyyət arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi