Aprel döyüşləri - Zəfərin başlanğıcı...

04.04.2024-cü il tarixində tərbiyə işləri üzrə direktor müavini  təşkilatçı Aysel Şıxəliyevanın təşkilatçılığı ilə VII c sinif  şagirdləri ilə Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçirildi.
Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri iri miqyaslı təxribatlar törətmək niyyəti ilə ön xətt mövqelərə və yaşayış məntəqələrinə intensiv artilleriya atəşi ilə hücuma başladı. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Ordumuzun bölmələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər hərb tariximizə Aprel döyüşləri kimi həkk olundu.
Sonra liseyin şagirdləri "Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi…" adlı kiçik esselər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi