"Ədəbiyyat mədəniyyətin əhəmiyyətli bir hissəsidir"

Liseyimizdə "Ədəbiyyatımızın dünəni və bu günü" mövzusunda  tədbir keçirildi. Liseyin şagirdləri  Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələrini əks etdirən əsərləri canlandırdılar.
Xalqın tarixi ilə sıx bağlı olan tarixi qəhrəmanlarımızı Xurşidbanu Natəvanı, ağasının tapşırığını yerinə yetirərkən avamlığı ucbatından   kəndli Novruzəlinin başına gələn əhvalatlardan, ölməz ədəbi-tarixi abidə olan “Kitabi-Dədə Qorqud” dastanından şagirdlərin ifasında xırda səhnəciklər oynanıldı. Seirlər səsləndirildi. 
Tədbirin məqsədi şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi,  müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibətinin şagirdlərin vasitəsilə göstərmək idi.
Tədbirin yekununda liseyin direktoru Aygun Əhmədli Azərbaycan ədəbiyyatının zəngin və dərin məzmunlu olmasından danışdı. Şagirdləri gözəl nitq qabiliyyətinə və  aktyorluq bacarığına görə təbrik etdi. Tədbirin təşkilatçıları olan Nərgiz  İdayətova və Könül Məmmədova,  Xəyalə Tağıyeva və Nərminə Səfərovaya  təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi