Novruz ətirli ədəbiyyat dərsi

  Novruz Azərbaycan xalqının qədimdən bu günümüzə  yaddaşlardan süzülüb gələn əziz bayramıdır. El adət-ənənələrimizi, milli -mənəvi dəyərlərimizi qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək və yaşatmaq hər birimizin borcudur. Zəkalar liseyinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Səbinə Məmmədova 8b  sinif şagirdləri ilə birlikdə ədəbiyyat dərsini məhz bu mövzuya həsr etdilər. 45 dəqiqə ərzində Türk xalqlarının Novruz adət - ənənələri şagirdlərin təqdimatında geniş yer aldı. 5 komandaya ayrılmış şagirdlər  Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər  haqqında  geniş  məlumat verdilər.  Sanamalar, bayatılar, el deyimləri ilə zəngin bir dərsin təşkili  milli  adətlərimizi bir daha yaddaşlarda təzələdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi