"Novruz sovqatı"

Xalqımızın qədim bayramlarından biri, Azərbaycanın qonaqpərvər, xoş niyyətli ruhunu özündə əks etdirən Novruz yaşından asılı olmayaraq hər bir azərbaycanlının sevimli bayramıdır. Novruz həm də xalqımızın mübarizə əzmini, odlu-alovlu xarakterini təmsil edir. Novruz bizim ən böyük dəyərlərimizdən biridir. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində 287 nömrəli Zəkalar liseyində də bir sıra tədbirlər; açıq dərslər, müsabiqələr, tədbirlər təşkil olunmuşdur. Bunlardan biri də liseyin 5b sinif rəhbəri Ceyhunə Nəsibli tərəfindən təşkil olunmuş "Novruz sovqatı" adlı bədii tədbirdir. Liseyin şagirdləri tədbirdə novruz bayramının tarixindən və əhəmiyyətindən danışdılar. Şagirdlər  Kosa, Keçəl, Bahar qızı obrazlarını canlandırdılar. Çərşənbələr haqqında rəvayətlər, novruz adət ənənələri barədə maraqlı məlumatlar verdilər. Şagirdlərin təqdim etdiyi müxtəlif rəqs nömrələri tədbirə rəngarənglik qatdı. Şagirdlərin fərqli obrazlarda özlərini sərbəst şəkildə ifadə etmələri sağlam psixoloji mühitin mövcudluğundan və şagirdlərin yüksək səviyyədə hazırlığından xəbər verirdi. Tədbir məktəbin rəqs dərnəyi üzvlərinin maraqlı rəqs nömrəsi ilə başa çatdı. 
Məktəb rəhbərliyi, müəllimlər və valideynlər tədbirə böyük maraq göstərərək şagirdlərlə birgə yallı rəqsi etdilər. Şagirdləri  uğurlu ifalarına , dostluq və birlik nümayiş etdirdiklərinə, dəyərlərimizə sadiq qaldıqlarına görə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi