,, Sizə salam gətirmişik ! ,, adlı  sərgi

15.03.2024 -cü il tarixində Zəkalar liseyində ,, Mənəvi dəyərlərimizi qoruyaq ! ,, layihəsi çərçivəsində  4 D sinif rəhbəri Səadət Salahova valideynlərin və şagirdlərin iştirakı ilə  ,, Sizə salam gətirmişik ! ,, adlı  sərgi keçirtdi . Azərbaycanın müxtəlif bölgələrindən olan : Ağdam, Füzuli, Kəlbəcər, Laçın ,Bakı, Naxçıvan ,Lənkəran və s  məktəblərin müəllim və şagirdləri Zəkalar liseyinin kollektivinə öz bayram  təbriklərini göndərdi . Milli adətlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədini daşıyan bu sərgidə  bölgələr üzrə  milli mətbəxə müraciət olunaraq Novruz bayramında stolların bəzəyi olan şirniyyatlardan : fəsəli, əgrdək, bisi, umac, qovurğa, kökə, Sübhan halvası və s .  süfrələrin bəzəyi oldu.Sərgidə lisey rəhbərliyi ,valideynlər və şagirdlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi