Valideynlərlə görüş keçirildi

27 fevral 2024-cü il tarixdə liseyin 8b sinfində valideyn iclası keçirildi. İclasda şagirdlərin BSQ və yarımillik nəticələri sinif rəhbəri, fənn müəllimləri və valideynlər tərəfindən müzakirə olundu. Bundan əlavə liseyin psixoloqu X.Hacıyeva da görüşdə iştirak etdi. Valideynlərə şagirdlərin psixoloji vəziyyəti, məktəb-valideyn birliyinin əhəmiyyyəti, şagirdlərin nizam-intizam və təhlükəsizlik qaydaları müzakirə olundu.