Yeni olimpiada- yeni ugur!

Dünyanın 40-dan çox ölkəsinin qoşulduğu KGL (Kangaroo Global Linguistics) beynəlxalq ingilis dili olimpiadasının 03.02.2024- cü il tarixində birinci mərhələsi keçirilmişdir. Liseyimizin 16 şagirdi ilk mərhələni uğurla keçib növbəti mərhələdə iştirak hüququ qazanmışlar. 
Fərid Qurbanov
Şamil Abbaszadə
Cavid Qurbanov
Səkinə Həsənli
Ayxan Abdullayev
Nihat Cəfərli
Kənan Mustafayev
Aliyə Səmədli
Mələk Hacılı
Zəhra Məmmədli
Mehin Yaqublu
Nilgün Tağıyeva
Ayan Məmmədova
Sənan Hüseynli
Ərcan Əsədli
Orxan Məmmədov
Qeyd edək ki, olimpiada İrlandiyada yerləşən  İnternational Testing Authority  tərəfindən təşkil edilmiş və testlər Oxford universiteti və İTA UK professorları tərəfindən hazırlanmışdır. Olimpiadanın ilk mərhələsinin nəticələrinə əsasən 9a sinif şagirdi Fərid Qurbanov B1 səviyyəsi üzrə ölkə iştirakçıları arasında ən yüksək göstərici olan 97,5 bal toplamışdır. Növbəti mərhələnin 16 mart 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirək ki, ikinci mərhələdə birinci yeri qazanan şagirdlər olimpiadanın qlobal turunda iştirak etmək üçün Yunanıstana yola düşəcəklər. Şagirdlərimizə növbəti turda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi