Sertifikatlaşdırma ilə bağlı görüş keçirildi

Bu gün liseyin direktoru  sertifikatlaşdırma ilə bağlı riyaziyyat və ingilis dili müəllimləri ilə görüşdü. Təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu söylədi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) sertifikatlaşdırma prosesi ilə bağlı görüşdə iştirak etmiş ingilis dili və riyaziyyat fənni üzrə metodist müəllimlər Qasımova Sədaqət və Abdullayeva Nazimə müəlliməni dinlədi.  Müəllimlərin sertifikasiya ilə bağlı sualları cavablandırıldı.
Liseyin rəhbəri müəllimlərin öz səriştələrini artırmaq baxımından bu prosesin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı və hər bir müəllimə uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi