Beynəlxalq arenada Zəkaların səsi !

Şagirdlərimiz beynəlxalq arenalarda bayrağımızı dalğalandırmaga davam edir. 18-23 yanvar Vyetnamın Fukuok adasında Fermat Beynəlxalq Riyaziyyat Yarışmasının Final mərhələsi təşkil olundu. Final mərhələdə ölkəmizi müxtəlif məktəblərdə təhsil alan 25 şagird təmsil etdi. 13 ölkənin iştirak etdiyi final mərhələsində azərbaycanlı şagirdlər müxtəlif kateqoriyalarda 7 qızıl, 6 gümüş, 8 bürünc medal qazandılar.Qalib şagirdlərdən biri də yarışın gümüş medalına layiq görülən Zəkalar liseyinin 8-ci sinif şagirdi  Abdullayev Eltundur. 
Bayrağımızı Vyetnamda dalğalandıran şagirdlərimizlə qurur duyur, gələcəkdə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi