Böyük summativ qiymətləndirmə yekunlaşdırıldı
Böyük summativ qiymətləndirmə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 15.09.2021 ci il tarixli,03-08-681 /13 nömrəli təlimati məktubuna əsasən təşkil olundu. Liseyimizdə Böyük summativ qiymətləndirmə 16.01.24 tarixində başlandı və 18.01.24 tarixinde bitdi. Lisey rəhbəri tərəfındən "Təşkilat", "Nəzarət" və " Yoxlama" komissiyası yaradıldı. Keçirilmə qrafiki təsdiqləndi. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi və metodbirləşmə rəhbərliyi tərəfindən təsdiq olundu. Qiymətləndirmə təmayül siniflərdə( VII,VIII,X ) uyğunlaşdırılmış fənlər və buraxılış fənləri üzrə, IV, IX,XI siniflərdə butun fənnlər üzrə, V və Vl siniflərdə isə buraxılış fənləri üzrə keçirildi. Böyük summativ qiymətləndirmənin keçirilməsi uğurla yekunlaşdı.