Psixoloqun fəaliyyəti

2023-2024-cü il Zəkalar liseyinin psixoloqlarının fəaliyyət planında öz əksini tapan psixodiaqnostik işlərdən biri şagirdlərin psixi durumunun müəyyən edilməsi, çətinlik müşahidə edilən şagirdlərlə konsultativ işlərin aparılması idi. Bununla bağlı liseyin psixoloqları Hacıyeva Xatirə və Şəmiliva Samirə  V-IX siniflər arasında  keçirdikləri sorğu nəticələrinə əsasən utancaq, özünəgüvən problemi yaşayan və rigidlik müşahidə olunan şagirdlərlə görüş keçirdilər. Görüşdə şagirdlərə tövsiyələr verildi, şagirdlər  "Özünü tanıt" və "Kompliment " treninq çalışmalarını işlədilər. Şagirdlər görüşdən çox razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi