Psixoloqun fəaliyyəti

Zəkalar liseyinin psixoloqları Hacıyeva Xatirə və Şəmilova Samirə noyabr ayında şagirdlərin psixi durumunun öyrənilməsi məqsədilə keçirdikləri sorğunun nəticələrinə əsasən aqressiv vəziyyəti yüksək nəticə göstərən şagirdlərlə görüş keçirdilər.  Psixoloqlar şagirdlərə gərginlik və əsəbilik  vəziyyətini yüngülləşdirmək üçün psixoloji çalışmalar barədə məlumatlar verdilər. Sonda şagirdlər art terapiya vasitəsi olan mandalanın rənglənməsi ilə gərginliklərini atmağı bacardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi