"Zəkalar" komandası daha bir yarışda ölkə çempionu adını qazandı!

Dekabrın 19-da Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Qüvvət elmdədir” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarışın final turu keçirilib. Ötən turun qalibləri arasında təşkil olunan yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Maraqlı mübarizə şəraitində keçən yarışda qalib gələn 287 saylı "Zəkalar" liseyinin "Zəkalar " komandasının üzvləri möhtəşəm oyun nümayiş etdirib. Beləliklə, nailiyyətlərimiz sırasına daha bir  "ölkə çempionu" adı yazıldı. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi