Valideynlərlə görüş keçirildi

18 dekabr 2023-cü il tarixində liseyin rəhbərliyinin X siniflərin valideynləri ilə görüşü keçirilib. 

Görüşdə çıxış edən liseyin direktoru Aygün Əhmədli Müəllimlərin XVI qurultayında diqqətə çatdırılan yeniliklərdən bəhs edib,   məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi