Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında məzunumuz mükafatlandırldı

   Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirildi. 

İki gün davam edən qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak etdilər. Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılmışdı.

    Bu böyük tədbirdə liseyimizin direktoru Aygün Əhmədli, tarix müəllimi Mənsurə Tağıyeva, coğrafiya müəllimi Ziya Vəliyev, ingilis dili müəllimi Sədaqət Qasımova və ibtidai sinif müəllimi Maral Məmmədova  da iştirak edirdi. Hər cəhətdən yüksək səviyyədə təşkil olunmuş tədbir iştirakçılar üçün çox yadda qalan oldu. Qürurverici haldır ki,  tədbirdə liseyimizin məzunu, hal-hazırda ADA universitetinin tələbəsi olan Murad İskəndər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş Heydər Əliyev təqaüdünə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi