Ekologiya dərsi keçilir

Liseyimizdə bu dərs ilinin sentyabrından başlayaq ekologiya dərsi keçilir. Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzindən gələn dərnək rəhbəri Əhmədova Münəvvər liseyin 6-cı sinifləri ilə həftədə bir dəfə görüşür. Ay ərzində ekologiya mövzusunda dərslərin qısa konspekti dəftərlərə yazılır. Sonda şagirdlərə həmin mövzu ilə bağlı 10 sualdan ibarət test təqdim edilir. Daha çox sualı düzgün cavablandıran şagirdlər ulduz alır. Yarımil ərzində ən çox ulduza sahib olan şagird xüsusi hədiyyə ilə mükafatlandırılır. Bu yarımil ərzində qrup qalibi 6k sinif şagirdi Şəbnəm Haşımlı oldu. Şəbnəm xüsusi hədiyyəyə layiq görüldü və nəticələri yüksək olan digər şagirdlər diplomla mükafatlandırıldı. Bütün şagirdlərə qələm hədiyyə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi