"GƏNCLİYİN İLK BAHARI" adlı maarifləndirici tədbir

22.11.2023 - cü il tarixdə liseydə Aysel Şıxəliyevanın  təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə iştirak edən IX sinif şagirdlərinə reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir. Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Sonda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi