Milli komandamız artıq vətəndəndədir

  Noyabrın əvvəlində Panamada 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı Dünya Robot Olimpiadasında ölkəmiz 8 komanda ilə mübarizə aparıb. Millimizin tərkibində liseyimizin məzunları Polad Rüstəmzadə, Həmzə İsmayılzadə və Rəsul Həsənzadədən ibarət  "Dynamite" komandası da vardı.  13 noyabr tarixində vətənə geri dönən milli komandamız  böyük sevinclə qarşılandı.

  Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb. Nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb. Tədbirdə çıxış edənlər sırasında Rəsul Həsənzadə də vardı. Panamada keçirilən Dünya Robot Olimpiadası, eləcə də müxtəlif beynəlxalq mübadilə və konfranslarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, yarışlara hazırlıqları, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.

  Bütün komanda üzvlərinə yeni nailiyyətlər arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi