Zəfər gününə həsr olunan tədbir

     Bu gün liseyimizdə “8 Noyabr - Zəfər günü” və “9 Noyabr - Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib. “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində  Aysel Şıxəliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə liseyin rəhbərliyi, Vətən müharibəsi qazisi, müəllim və şagird kollektivi edib. 

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Giriş sözü ilə məktəbin direktoru Aygün Əhmədli çıxış edib. Tədbirdə liseyin şagirdləri rəngarəng bayram proqramı ilə çıxış ediblər. Tədbirin davamında aparıcılar “Zəfər günü” və “Bayraq günü”nün yaranma tarixi haqqında məlumat veriblər.  Səbinə Əliyevanın rəhbəri rəsm dərnəyinin,  Aynur Azayevanın rəhbərlik etdiyi "Poeziya həvəskarları" dərnəyinin üzvləri də bayrama öz töhfələrini verdilər.   Şagirdlərin ifasında  hərbi-vətənpərlik mövzusunda mahnılar oxunulub. Səhnədə şagirdlərin hazırladıqları “Şuşa əməliyyatı”, “Xarıbülbül”, “Bayraq” və s. kompozisiyalar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi