Liseyimizin komndası "Nə? Harada? Nə zaman?" oyunu üzrə Respublika çempionu oldu

   Noyabrın 4-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Kapitalbank” və “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı altında 6-11-ci siniflərdən ibarət məktəbli komandalar arasında Nə? Harada? Nə zaman? oyunu üzrə Respublika çempionatı keçirilib.

    Liseyimizi final oyununda iki komanda təmsil edib. 10-11-ci sinif şagirdlərindən ibarət “Zəkalar Sr” komandası 40 komandanın qatıldığı yarışda bütün rəqibləri üçün əlçatmaz olub. Əvvəlki yarışlarda 3-cü və 2-ci yerləri tutan komandamız bu dəfə yarışın qalibi olub. “Zəkalar Jr” komandası 4-cü yerlə yarışı başa vurub.

Qalib komanda üzvləri kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi