Məzunumuz “02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbirdə çıxış etdi

1 fevral 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilkatının inzibati binasında Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilkatının birgə təşkilatçılığı ilə “02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə icra hakimiyyətnin müavini və başqa məsul şəxslər iştirak edirdi. Çıxış edənlər Ulu Öndərin və bugünkü ölkə rəhbərliyinin gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsi, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirilməsindən danışdılar. Çıxış edənlər arasında bu il yüksək bal toplayaraq tələbə adı qazanmış Cerebro komandasının uzvlərindən biri,liseyimizin məzunu Babayev İnqilab da vardı. Sonda bir qrup gənc Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanla mükafatlandırıldı. İ. Babayev və liseyimizin 9a sinif şagirdi Rzayeva Fidan da ("Ölkəmizi tanıyaq" layihəsində göstərdiyi fəallığa və yarışmalarda fərqləndiyinə görə) onların sırasında idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi