Müəllimimizin yubileyi qeyd edildi

    27 oktyabr tarixində liseydə riyaziyyat müəllimi   Sabir Məmmədovun  65 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə liseyin kollektivi, Sabir müəllimin şagirdləri, ailə üzvləri iştirak edirdi. Görüşdə Əməkdar müəllim adını  şərəflə daşıyan dəyərli pedaqoqun  həyat yolundan, müəllim fəaliyyətindən, gənc nəslin tərbiyə olunmasında və Vətənimizə layiqli övlad kimi yetişmələrində misilsiz xidmətlərindən bəhs olundu. Yubilyara həsr olunan videoçarx nümayiş etdirildi. 
   Göstərilən diqqətə görə, təşəkkürünü ifadə edən Sabir müəllim bundan sonra da zəngin təcrübəsini ölkə təhsilinin inkişafına həsr edəcəyini qeyd edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi