Reproduktiv sağlamlıq mövzusunda tədbir keçirildi

23.10.2023-cü il tarixdə liseyin fəaliyyət planına uyğun olaraq liseyin psixoloqu Hacıyeva Xatirə, UBR İsmayılova Təranə və həkim Əfəndiyeva Ülviyyə 9-cu  sinif qızları  ilə Reproduktiv sağlamlıqla bağlı tədbir keçirdilər. Tədbirdə  "Reproduktiv sağlamlıq nədir" mövzusunda şagirdlərə məlumat verildi. Psixoloq H.Xatirə  şagirdlərə yeniyetməlik dövrünün xüsusiyyətləri və sağlam həyat tərzi haqqında, Həkim Ülviyyə xanım isə yeniyetməlik dövründə  fizioloji dəyişikliklər barədə və sağlamlığa ziyan verən faktorlardan  danışdı. Sonda şagirdlərin sualları həm psixoloq, həm də həkim tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi