Reproduktiv sağlamlıq mövzusunda tədbir keçirildi
20.10.2023-cü il tarixində liseyin fəaliyyət planına uyğun olaraq liseyin psixoloqu Hacıyeva Xatirə, UBR İsmayılova Təranə və həkim Əfəndiyeva Ülviyyə IX sinif oğlanlarının iştirakı ilə reproduktiv sağlamlıqla bağlı tədbir keçirdilər. Tədbirdə "Reproduktiv sağlamlıq nədir" mövzusunda şagirdlərə məlumat verildi. Psixoloq H.Xatirə şagirdlərə yeniyetməlik dövrünün xüsusiyyətləri və sağlam həyat tərzi haqqında, Həkim Ülviyyə xanım isə yeniyetməlik dövründə fizioloji dəyişikliklər barədə və sağlamlığa ziyan verən faktorlardan danışdı. Sonda şagirdlərin sualları həm psixoloq, həm də həkim tərəfindən cavablandırıldı.