2 komandamız “Nə? Harada? Nə zaman?” oyunu üzrə finala ən yüksək ballarla vəsiqə qazandı

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi, “Kapital Bank”ın dəstəyi və “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı altında 6-11-ci sinifləri təmsil edən məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika Çempionatının seçim oyunu baş tutub. 325 komandanın qatıldığı yarışda liseyimizi təmsil edən “Zəkalar Sr” və “Zəkalar Jr” komandaları X-XI siniflər kateqoriyasında yarışaraq   I və II yerləri tutub, final oyununa vəsiqə qazandılar. Final oyunu noyabrdın ilk həftəsi Bakı şəhərində keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi