"Dinləyərək danışıram, oxuyaraq yazıram"  adlı layihənin açılış mərasimi 

  13 oktyabr 2023-cü il tarixində liseyimizdə Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant  müsabiqəsində qalib olmuş "Dinləyərək danışıram, oxuyaraq yazıram"  adlı layihəsinin açılış mərasimi  keçirildi.  Liseyin ingilis dili müəllimi Könül İslamovanın rəhbərlik etdiyi  layihənin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirmək, onların beynəlxaq olimpiada və yarışlarda özgüvənini artırmaqdır. Layihədə iştirak edəcək şagirdlərin dil səviyyələri üzrə qruplaşdırılması və layihə boyunca  dörd dil bacarığının hər biri üzrə təşkil olunmuş dərslərə qatılması nəzərdə tutulur. 

    Layihənin layiqincə icra olunacağından əminliyimizi bildirir, Könül müəllimə və şagirdlərinə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi