Eltun Abdullayev

  24 iyul 2023-cü il tarixində Sinqapurda keçirilən beynəlxalq riyaziyyat olimpiadasında dünyanın 32 ölkəsindən 1700 nəfər istedadlı şagird mübarizə aparırdı. Vətənimizi bu yarışda təmsil edən  120 nəfərdən biri də liseyimizin  8d sinif şagirdi Eltun Abdullayev idi. Ümidlərimizi  doğruldan Eltun vətənə 3 diplom və 2 medalla döndü. Belə ki,  ümumilikdə 14 saat gərgin mübarizə şəraitində  davam edən, 4 turdan ibarət  olimpiadanın fərdi riyaziyyat yarışı kateqoriyasında gümüş medal,  komanda heyəti ilə qatıldığı riyazi məntiq yarışında bürünc medal qazandı. Baş ofisdən Bakıya göndərilən qalibiyyət diplomlarını istedadlı şagirdimizə SASMO Azərbaycan şirkətinin  direktoru Ədalət Məmmədqasımov təqdim etdi.

   Sevincini liseyin direktoru Aygün Əhmədli və  müəllimləri ilə bölüşən riyaziyyatçımızla fəxr edir, bütün kollektiv adından daha böyük uğurlara imza atmasını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi