Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı müddəti boyunca hər gün tənəffüslərdə dahi bəstəkarın əsərlərindən fraqmentlər səsləndirilir

63 il ömür  yaşayan bu fenomenal şəxsiyyət, Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Şuşada anadan olmuşdur.  Bu böyük insan həyatının 45 ildən artığını yorulmadan, usanmadan Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli professional musiqi sənətinin təşəkkülü və inkişafına, ölkəmizdə musiqi təhsili sisteminin yaranmasına və milli musiqi kadrlarının yetişdirilməsinə həsr etmişdir. Çağdaş Azərbaycan mədəniyyəti tarixinə şanlı səhifələr yazmış Üzeyir bəy Hacıbəylinin zəngin irsi dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.

Dahi bəstəkarın doğum günü Milli Musiqi Günü kimi qeyd edilir. Bu il  18-28 sentyabr tarixləri arasında liseydə  hər gün tənəffüslərdə dahi bəstəkarın əsərlərindən fraqmentlər səsləndiridi. Bütün il boyunca isə ənənəmizə sadiq qalaraq mütəmadi şəkildə dahi bəstəkarlarımızın ölməz əsərləri səsləndirilərək tanıdılmağa davam edəcəkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi