27 sentyabr Anım Günü

    Liseyin 1a sinifində   27 sentyabr -  Anım Günü münasibətilə tədbir   keçirilib.  Reyhan Hacinskayanın rəhbərilik etdiyi sinifə şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu igid oğulları böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirik, onlara Allahdan səbr diləyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şagirdlərin ifasında səslənən  şeirlər və mahnılar Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaətinə, Azərbaycanın şanlı qələbəsinə həsr olunmuşdu. 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi