27 sentyabr Anım Günü

   27.09.023-cü il tarixində  liseydə 27 Sentyabr- Anım Günü ilə əlaqədar  tədbir keçirilib. Liseyin həyətində səhər sırası zamanı  keçirilən tədbirdə bütün pedaqoji və şagird heyəti, valideynlər iştirak ediblər. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz çıxış üçün liseyin direktoru Aygün  Əhmədli və liseyin hərbi rəhbəri Ibrahim Rüstəmliyə verildi. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib.  Çıxış edənlər Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsinin dövlətimiz və xalqımız tərəfindən  daima əziz tutulacağını  qeyd etdilər.
   Sonda məktəb şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edilib. Böyük bir qürur və vətənpərvrlik duyğusuyla “Qarabağ Azərbaycandır!”  şüarları səslənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi