27 sentyabr Anım Günü qeyd edilir

     Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən liseydə Anım Gününə həsr olunmuş tədbirlər  silsiləsi davam edir. Təşkilatçı Aysel Şıxəliyevanın rəhbərliyi ilə IX sinif şagirdlərinin iştirak etdiyi  "Şəhidini tanı"  adlı xüsusi dərsdə ilk olaraq Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verildi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu barədə şagirdlərə geniş məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi