Qənimətlər parkına ekskursiya

25 sentyabr 2023-cü il tarixində liseyin bir qrup şagirdi 27 sentyabr Anım Günü ərəfəsində  Qənimətlər parkına ekskursiyaya getdi. Şagirdlər, sinif rəhbərləri və valieynlərdən ibarət qrup ekskursiya zamanı Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən qənimət götürülən tankları, döyüş maşınlarını, artilleriya qurğularını, zenit-raket komplekslərini, atıcı silahları, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarını izlədilər.

Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

Ekskursiya həm də maraqlı bir təsadüflə daha yadda qalan oldu. Belə ki, kollektivimiziin orada olduğu müddətdə CNN TÜRK Özel Haberler Şefi Fulya Öztürk ve Kameraman Halil Kahraman Qənimətlər parkında çəkiliş aparırdı. Çəkiliş əsnasında şagirdlərimizlə də şəkillər çəkildi, valideynlərdən müsahibə alındı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi