Liseyimizin komandası Azərbaycanı Panamada keçiriləcək dünya çempionatında təmsil edəcək

Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Azərbaycanda VI Robot Olimpiadası(WRO) keçirildi. Liseyimizin XI sinif şagirdləri Polad Rüstəmzadə, Həmzə İsmayılzadə və Rəsul Həsənzadədən ibarət "Dynamite" komandası yarışmaya liseyin informatika müəllimi Məhin Cəfərovanın rəhbərliyi ilə Robomission Senior kateqoriyasında qoşuldular. Mükəmməl oyun mümayiş etdirən komandamız I yerin sahibi oldu. Komanda üzvlərinə dəyərli hədiyyələr, medal və diplomlar təqdim edilidi. Qeyd edək ki, komandamız ölkəmizi Panamada keçiriləcək Dünya Çempionatında təmsil edəcək.
Yarışların keçirilmə tarixi artıq liseyimizdən məzun olduqları vaxta təsadüf etdi. Hər bir komanda üzvü İT sahəsində ən gözəl fakultələrin tələbəsi olmaq hüququ da qazanıblar. İstedadlı gənclərə həm dünya çempionatında, həm də gələcək ali təhsil həyatlarında yeni zirvələr fəth etməyi arzulaırıq.