Şagirdimiz IOAA(International Olympiad on Astronomy and Astrophysics) qalibi oldu

Bu il ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadası keçirilmişdi. Liseyimizin 10b sinif şagirdi Nəzrin Miriyeva bu bilik yarışında iştirak edərək, III yerin sahibi olmuşdu. Yarışın təşkilatçıları tərəfindən qaliblərdən ibarət komanda təşkil olunaraq xüsusi dərslər keçirildi və sonda seçmə imtahanı təşkil edildi. Şagirdimiz Nəzrin bu imtahanda da uğurlu nəticə əldə edərək 5 nəfərlik beynəlxalq yarış komandasının üzvü seçildi. 10-20 avqust tarixlərində Polşada IOAA(International Olympiad on Astronomy and Astrophysics) beynəlxalq olimpadasında ölkəmizi təmsil edən komandanın tərkibində yarışa qatılan Nəzrin fəal iştiraka görə medal və diploma layiq görüldü.
İstedadlı şagirdimizi təbrik edir, yeni nailiyyətlər arzu edirik.