Liseyimizin müəllimi qrant müsabiqənin qalibi oldu

İyulun 28-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub.  Müsabiqəsinin nəticələrinə əsasən liseyimizin ingilis dili müəllimi Könül İslamovanın təqdim etdiyi layihə qalib olaraq qrant qazanmışdır. Qeyd edək ki, fərdi layihələr kateqoriyası üzrə 1128 layihə müraciəti qəbul olunmuş, onlardan 153-ü qalib olmuşdur.  Layihənin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirmək və beynəlxalq müsabiqə və olimpiadalarda yüksək nəticə göstərə biləcək potensiallı gənclər formalaşdırmaqdır. Layihə çərçivəsində liseydə 4 dil bacarıqları mərkəzi yaradılacaq və keçirilmiş səviyyə imtahanlarının nəticəsinə əsasən şagirdlər hər 4 dil bacarığı üzrə ayrıca dərslərə cəlb olunacaq, şagird nailiyyətlərinin ölçülməsi üçün mütəmadi imtahan və monitorinqlər aparılacaqdır. Nəticədə uğurlu şagirdlər beynəlxalq müsabiqə və olimpiadalarda iştiraka sövq olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi