Məzunlarımız yarışma təşkil etdi

2017-ci il yanvarın 14-də liseyimizin məzunu olan Cerebro komandasının üzvləri (Məmmədov Seymur, Babayev İnqilab, Qarayev Allahverdi) liseyin şagirdləri üçün “Nə? Kim? Nə zaman?” oyunu keçirdi. Oyunun suallarını və sonda şagirdlərə verilən hədiyyələr məzunlar tərərfindən təşkil edilmişdi. İntellektual oyunda liseyin 8-11 -ci sinif şagirdləri 4-6 nəfərlik komandalarla iştirak edirdilər. Oyun ərzində hərəsində 12 sual olmaqla 3 mərhələdə 36 sual cavablandırıldı. Sonda qalib komandalara qiymətli hədiyyələr, kitablar, medal və fərmanlar təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi