Son Zəng- 2023

 İyunun 14-də Zəkalar liseyində  “Son zəng” tədbiri keçirilib. Tədbirdə Xətai rayon İH-nin nümayəndələri, məktəb rəhbərliyi, sabiq məzunlar, müəllimlər, valideyn və şagirdlər iştirak edib.“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Liseyin  direktoru Aygün Əhmədli mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb. Uğurları ilə fərqlənən müəllim və məzunlara fəxri fərmanlar təqdim edilib. 

   Tədbirin bədii hissəsində I və XI sinif şagirdlərinin təqdim etdikləri  möhtəşəm valsdan sonra ayrı-ayrı siniflərin rəqsləri bir-birini əvəzlədi. Liseyi ötən il uğurla bitirib, aramızdan tez ayrılan Rauf Babayevin xatirəsinə yasəmən ağacı əkildi.  Liseyin "Bilik açarı"nı şərəflə daşıyan 11d sinif şagirdi Elcan Əliyev estafeti 10e sinif şagirdi Nazlı Bəxtiyarovaya təqdim etdi. 

   Və, nəhayət son zəng çalındı...

Əziz məzunlarımız, hər zaman zirvələrdə olan Zəkalarla başlayan yolunuz sizi daha da ucalara aparsın!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi